• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qalereyada “Açıq qapı” günü keçirilib

Martın 26-da Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında növbəti “Açıq qapı” günü keçirilib.

Qalereyanın dərnək rəhbərləri tərəfindən Novruz bayramı və yaz fəsli mövzusunda 24 ustad dərs keçirilib.

Dərnək üzvlərinə rəsm, dekorativ-tətbiqi fəaliyyət, applikasiya, konstruksiya, ebru, kuklalar, rəqəmsal təsvir, animasiyalar, robot texnikası ilə bağlı məlumat verilib.

Dərslərdə 4-17 yaş arasında, ümumilikdə 300-ə yaxın uşaq və gənc iştirak edib. Ustad dərslərində daha çox milli adət-ənələrimizi əks etdirən rəsm və əl işləri yer alıb. Uşaqlar milli geyimlərin forma, parça və naxışları ilə tanış olub, kəlağayının rəsmini çəkiblər. Həmçinin, kompüterdə mövzunu əhatə edən qrafik təsvirlər də yaradıblar.

Təsviri Sənət Qalereyasında robot-texnika ilə tanışlıq üçün ayrıca stend yaradılıb. Təqdim edilən “LEGO Robotlar” əyani şəkildə nümayiş olunub. Uşaqlar əlavə proqramlaşdırma bacarıqlarını da sınaqdan keçiriblər.

Tədbirdə Türkiyənin İstanbul və Mersin şəhərlərində keçirilən iki beynəlxalq müsabiqədə qalib gələn dərnək üzvlərinə Türkiyə tərəfindən göndərilən təşəkkürnamələr təqdim edilib.

“Açıq qapı” günlərinin keçirilməsi uşaq və gənclərin estetik zövqünün formalaşdırılması, onların asudə vaxtının səmərəli təşkili, incəsənətə, təsviri və dekorativ yaradıcılığa marağın artırılması və istedadlı uşaqların üzə çıxarılması məqsədini daşıyır.


7 il əvvəl