18.03.2017

Regionlardakı internat məktəbinin şagirdləri üçün Bakıda bayram şənliyi təşkil ediləcək

21-26 mart tarixlərində respublikanın regionlarında yerləşən dövlət uşaq müəssisələrinin şagirdləri üçün Bakı şəhərinə ekskursiyaların təşkili planlaşdırılır.

Məqsəd şagirdlərin yaz tətillərini səmərəli təşkil etmək, onları mədəni-tarixi abidələr və muzeylərlə tanış olmalarına şərait yaratmaqdır.

Tətil müddətində regionlardakı müəssisələrdən gələn şagirdlər Bakı şəhərində fəaliyyət göstərən internat məktəblərində qonaq olacaqlar.

Şəhidlər Xiyabanı, Azərbaycan Xalça Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (Qız qalası, Şirvanşahlar sarayı), Qala Dövlət Tarix Etnoqrafiya qoruğu, Dövlət Bayraq MeydanıAzərbaycan Milli İncəsənət Muzeyində və digər tarixi yerlərə təşkil ediləcək ekskursiyalarda regionlardan gələn şagirdlərlə yanaşı, ev sahibliyi edəcək internat məktəblərinin şagirdləri də iştirak edəcəkdir.

Bundan başqa Bakı şəhərində yerləşən müəssisələrdə şagirdlər üçün əyləncəli proqramların təşkili də nəzərdə tutulub.


Açar sözlər: