“Novruz mühazirəsi” keçirilib
Martın 17-də Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə növbəti “Novruz mühazirəsi” keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, təhsil ekspertləri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak edib.
Görüşdə “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uaytın “Dil və mədəniyyət” mövzusunda mühazirəsi dinlənilib.
Dil və mədəniyyətin qarşılıqlı təsir vasitələrindən danışan mühazirəçi burada dil faktorunun yaratdığı ünsiyyət imkanları ilə mədəniyyətin özünütənqidetmə formulunun əsas rol oynadığını bildirib. Elzabet Uayt tarixdən bir sıra misallar çəkərək kulturoloji mahiyyətin vacibliyindən danışıb və qloballaşan dünyada dil fenomeninin təsiredici gücünün çox olduğunu qeyd edib.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Fevralın ayından start verilən “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.
Qeyd edək ki, Təhsil Nazirliyi ötən ildən başlayaraq “Novruz mühazirələri” keçirir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı, postmodernizm və təhsil mövzularından bəhs ediblər.
7 il əvvəl
Digər xəbərlər
-
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00 -
Tələbələr arasında voleybol üzrə çempionat keçirilib
22.04.2024 - 14:14 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00