Təhsil İnstitutu mütəxəssisləri əməkdaşlığa dəvət edir
Təhsil İnstitutu ibtidai (I-IV) siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərslik müəllifi olmaq arzusunda olan mütəxəssisləri - müəllim, doktorant, metodistləri əməkdaşlığa dəvət edir.
İştirakçı namizədlər Azərbaycan dili və riyaziyyat fənləri üzrə bir sıra keyfiyyətlərə malik olmalıdır. Belə ki, seçimlərdə ixtisas fənni üzrə dərin bilikləri olan, araşdırma, fikirlərini yazılı formada şərh etmək təcrübəsinə, yüksək özünütəhsil vərdişlərinə, xarici dil, kompüter biliklərinə malik, tədris resurslarının hazırlanması layihələrində iştirak edən, geniş elmi dünyagörüşü olan şəxslərə üstünlük veriləcək.
Bir neçə mərhələdən ibarət olacaq müsabiqəyə zəruri keyfiyyətlərə malik şəxslər dəvət olunacaq və qaliblərlə əməkdaşlıq müqaviləsi bağlanacaqdır.
7 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10