• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Məktəblinin dostu" layihəsinin iştirakçılarına sertifikatlar verilib

Martın 10-da  Təhsil Nazirliyi, Vətəndaşlara Xidmət və  Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən "Məktəblinin dostu" pilot layihəsi çərçivəsində ASAN Könüllülərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdən öncə martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin həlak olmuş tələbələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, ümumi təhsil məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə "Məktəblinin dostu" pilot layihəsindən bəhs edən videoçarx nümayiş olunub.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, cari tədris ilində də təhsil sahəsində bir sıra mühüm əhəmiyyətə malik layihələr həyata keçirilib. Həmin layihələrdən biri olan “Məktəblinin dostu” Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən həyata keçirilir.

Ceyhun Bayramov qısa müddətdə əhəmiyyətli işlərin görülməsinin layihənin ideyasının aydın olmasından və bu işə peşəkar yanaşmadan xəbər verdiyini deyib. Nazir müavini qeyd edib ki, müəllim-şagird-valideyn üçbucağında münasibətlərin daha səmərəli müstəviyə çıxarılması baxımından “Məktəblinin dostu”nun üzərinə mühüm vəzifələr düşür.

Vətəndaşlara Xidmət və  Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev könüllülük fəaliyyətinin əhəmiyyətindən danışaraq, könüllülük hərəkatının inkişafını, gənclərin mövcud bilik və bacarıqların daha da təkmilləşməsindəki rolunu xüsusi vurğulayıb. O, həmçinin “Məktəblinin dostu” layihəsinə məzun ASAN könüllülərinin cəlb olunması və onların bu layihəyə müsbət töhfə verməsindən məmnunluğunu ifadə edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva paytaxtın 30 ümumi təhsil müəssisəsini əhatə edən layihə üzrə 112 nəfər əməkdaşın çalışdığını bildirib. Layihə çərçivəsində indiyədək çoxsaylı tədbirlərin keçirildiyini nəzərə çatdıran BŞTİ-nin müdiri bütün bunların məktəb mühitinin səmərəliliyini daha da artırdığını qeyd edib.

Daha sonra "ASAN Xidmət" mərkəzlərində könüllülük fəaliyyətində iştirak edən “Məktəblinin dostu” seçilmiş şəxslərə sertifikatlar təqdim olunub.

Tədbirdə ASAN Könüllülərinin hazırladıqları bədii kompozisiyalar nümayiş etdirilib.

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi üzrə seçilmiş şəxslər ötən ilin dekabr ayından fəaliyyətə başlayıblar.


7 il əvvəl