“İşgüzar qızlar” adlı yarış keçirilib
Martın 7-də Respublika Uşaq Yaradıcılıq Mərkəzində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə “İşgüzar qızlar” adlı yarışma keçirilib.
Yarışmada “Gənc dizayner” dərnəyinin üzvləri iştirak edib. Altı tapşırıqdan ibarət olan bu yarışmada iştirakçı gənc qızlar iki komandaya bölünüb.
İştirakçılar düymə tikib, gül toxuyub, şeir söyləyib, şəkərburaya naxış vurub, xonça bəzəyiblər. Dərnək üzvlərinin ifasında rəngarəng mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.
Sonda komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilərək, diplomlarla təltif olunublar.
7 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00