• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Növbəti “Novruz mühazirələri”

Martın 3-də Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə növbəti "Novruz mühazirəsi" keçirilib.

Budəfəki görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı Fərrux Rüstəmovun "Keyfiyyətli və səriştəli ibtidai təhsil müəllimi hazırlığının müasir problemləri" mövzusunda mühazirəsi dinlənilib.

Mühazirədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, universitetin professor-müəllim heyəti, Bakı şəhərinin ümumi təhsil müəssisələrinin direktor və müəllimləri, təhsil ekspertləri iştirak ediblər.

Fərrux Rüstəmov mühazirəsində Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda səriştəli müəllim hazırlığı məsələlərinə xüsusi diqqət yetirildiyini, təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyinin önə çəkildiyini vurğulayıb.

Fərrux Rüstəmov müəllim əməyinin səciyyəvi xüsusiyyətləri, peşə keyfiyyətləri barədə danışıb, pedaqoji ustalıq anlayışının mahiyyətinə aydınlıq gətirib. Müəllimlərin peşəkarlığının yüksəldilməsi sahəsində görülən işləri təqdir edən Fərrux Rüstəmov ibtidai sinif müəllimi hazırlığının təkmilləşdirilməsi  ilə bağlı fikirlərini bildirib.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


7 il əvvəl