• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsinin təqdimatı

Martın 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupları tələbələrinin hazırladığı “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” adlı layihənin təqdimat mərasimi keçirilib.

Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə qonaqlar universitetin foyesində layihə ilə bağlı nümayiş etdirilən sərgiyə baxıblar.

Sonra tədbirin rəsmi hissəsində universitetin rektoru Gülçöhrə Məmmədova qeyd edib ki, layihənin əsas məqsədi işğal altında olan torpaqlarımız azad edildikdən sonra böyük qayıdış zamanı tələbələrimizin bu işə bütün imkanları ilə töhfə verməsidir. Bu, Qarabağın davamlı inkişafının layihələndirmə konsepsiyasıdır.

Layihənin ideya rəhbəri, universitetin Ekologiya kafedrasının müdiri Fəqan Əliyev bildirib ki, layihə AzMİU-nun SABAH qruplarında təhsil alan tələbələrlə professor-müəllim heyətinin birgə işidir.

Daha sonra tələbələr Ağdam şəhərinin nümunəsində işğal altında olan ərazilərimizdə gələcəkdə aparılacaq bərpa və quruculuq işlərinin planını təqdim ediblər. Təqdimatda Ağdam şəhərinin baş planı, nəqliyyat infrastrukturu, bərpa olunan enerji mənbələri, Qarabağın kiçik çay mənbələrindən alınan enerji imkanları, Ağdam şəhərinin çirkli sularının kənar edilməsi layihəsi, magistral su kəməri layihəsi, fərdi evlərin, çoxmərtəbəli yaşayış komplekslərinin layihə təklifi və digər məlumatlar yer alıb.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov SABAH qruplarında təhsil alan tələbələrin təşəbbüsünü alqışlayıb, Ağdam nümunəsində “Qarabağın davamlı inkişafı” layihəsinin əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib. Əli Həsənov tələbələrin bu cür layihələrlə ölkə Prezidentinin rəhbərliyi altında işğaldan azad ediləcək ərazilərimizin bərpası və inkişafına töhfə verəcəklərinə ümidvar olduğunu vurğulayıb. İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa işlərini başlamaq barədə ölkə başçısının qərarı mühüm tarixi missiyanın başlanğıcıdır. Bugünkü tədbir də bu tarixi qayıdışın gələcək konturlarını müəyyən edən bir çağırışdır.

Milli Məclisin sədr müavini Bahar Muradova, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov layihə münasibətilə tələbələri təbrik edib, onların bu təşəbbüsünün ölkə başçısı tərəfindən aparılan siyasətin məqsədinə tam uyğun olduğunu bildirib.

Təhsil naziri Mikayıl Cabbarov uzunmüddətli əməyin nəticəsi olan layihənin sadəcə peşəkar yanaşmanın deyil, həmçinin yetişən gəncliyin ölkəmizin taleyüklü məsələlərinə laqeyd yanaşmadığını, vətənpərvərlik və təəssübkeşliyin bariz nümunəsi olduğunu bildirib. Təhsil naziri  tələbələrin  yaxın gələcəkdə ölkəmizə lazım olacaq mühüm bir bərpa planını təqdim etdiklərini vurğulayaraq bu layihənin tələbələrimizin potensialından xəbər verdiyini diqqətə çatdırıb.

Layihənin yüksək təqdimatından xüsusi məmnunluğunu bildirən Mikayıl Cabbarov, bunun Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qruplarında təhsil alan tələbələrin biliyi və əməyi nəticəsində ərsəyə gəldiyini deyib. Nazir bildirib ki, SABAH qrupları 3 il əvvəl ali təhsildə yenilikçi mühitin formalaşdırılması, savadlı, bacarıqlı, hazırlıqlı tələbələrin yetişdirilməsi, kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

Sonda AzMİ-nun rektoru Gülçöhrə Məmmədova universitetin professor və müəllim heyəti adından qonaqlara təşəkkür edib.

 


7 il əvvəl