• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Olimpiya Hərəkatı - 2017” lahiyəsi çərçivəsində yarışlara start verilib

“Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində keçirilən respublika birinciliyinin rayondaxili yarışlarına start verilib.

Yarışlarda Bakı şəhəri üzrə 294, Gəncə şəhəri üzrə 46, Sumqayıt şəhəri üzrə 42, Göygöl rayonu üzrə 24 ümumi təhsil müəssisəsinin komandaları idmanın voleybol, basketbol, badminton, veloidman və atletika növləri üzrə mübarizə aparacaqlar.

Yarışların məktəbdaxili mərhələsinə Bakı, Gəncə, Sumqayıt şəhərləri və Göygöl rayonu üzrə 406 ümumtəhsil məktəbindən 90 minə yaxın məktəbli qatılıb.

Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə keçirdiyi respublika birinciliyinin məqsədi məktəblilər arasında ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək və olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.


7 il əvvəl