• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“SABAH” İnnovasiya Forumu keçirilib

Martın 2-də SABAH qruplarının təşkilatçılığı ilə “SABAH” İnnovasiya Forumu keçirilib.

“SABAH” İnnovasiya Forumunun məqsədi bu il məzun olacaq SABAH qrupları tələbələrinin inkişaf istiqamətlərindən biri olan startap və sahibkarlıq sahəsində fəaliyyətlərinə dəstək olmaqdır.

Forumda ötən il yaradılmış və “Microsoft” şirkətinin “İmagine Cup” 2016 müsabiqəsinin milli finalının, İKT Fondunun qrant müsabiqəsinin qalibi olan SABAH “Techsos” komandası öz layihələri haqqında məlumat verib və təcrübələrini bölüşüb.

Daha sonra Bakı Dövlət Universitetini (“Dream Team” və “Agart” komandaları) və Azərbaycan Texniki Universitetini (“Nulls”, “Smart Energy” və “BeTa” komandaları) təmsil edən 6 SABAH startap komandası layihələrini təqdim edib.

Layihələr münsiflər heyəti tərəfindən xüsusi meyarlara əsasən qiymətləndirilib.

 Forumda tərəfdaş şirkətlərin nümayəndələrinin iştirakı ilə panel müzakirələri aparılıb, tələbələrin informasiya texnologiyaları sahəsində sualları cavablandırılıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov forumda çıxış edərək SABAH qrupları haqqında məlumat verib və tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra nazir müavini forum çərçivəsində keçirilmiş startap müsabiqəsinin qalibi olan Bakı Dövlət Universitetinin “Dream-team” komandasına mükafatı təqdim edib.

Qeyd olunub ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində yeddi ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir. Layihənin əsas məqsədi ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsidir.

Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərir və 2.300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ilində SABAH qruplarında 45 ixtisas üzrə 750-ə yaxın tələbə məzun olacaq.

Diqqətə çatdırılıb ki, “SABAH” İnnovasiya Forumu SABAH Karyera Akademiyası çərçivəsində reallaşdırılır.

SABAH Karyera Akademiyası proqramı ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin (işə qəbul, magistratura, startap və elmi araşdırma) müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.


7 il əvvəl