• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçirilib

 

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilib.

3 gün davam edən qiymətləndirmədə 3616 nəfər müəllim iştirak edib. Bu da regionlar üzrə pedaqoji işçi heyətinin ümumi sayının 88,32 faizini təşkil edir.

15 istiqamət üzrə aparılan qiymətləndirmədə məntiqi düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasiya-kommunikasiya texnologiyaları üzrə biliklər və psixoloji xüsusiyyətlər yoxlanılıb.

Pedaqoji heyətə 90 dəqiqə ərzində 60 sual təqdim olunub.

Ölkə üzrə məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı müəssisələrin yeni tərkibinin müəyyənləşdirilməsi üçün imtahan nəticələri nəzərə alınacaqdır.


7 il əvvəl