27.02.2017

“Təhsil” Respublika İdman Mərkəzinin idmançıları qalib olub

Ağır atletika idman növü üzrə Azərbaycan birinciliyi keçirilib.

Yarışda idman klubları, məktəbləri və cəmiyyətlərindən ümumilikdə 150-yə yaxın idmançı iştirak edib.

Çempionatda çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin ağır atletika üzrə yığma komandasının üzvləri ümumilikdə 4 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Birinciliyin keçirilməsində məqsəd perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması olub.


Açar sözlər: