• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Rəngli dünyam” adlı tədbir keçirilib

Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında Respublika Uşaq Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə “Rəngli dünyam” adlı tədbir keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Səbail Rayon İcra Hakimiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin əl işləri ilə yanaşı, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərən “My Way” Uşaq Yaradıcılıq Mərkəzinin istedadlı uşaqlarının çəkdikləri rəsm əsərləri nümayiş olunub.

Qeyd edək ki, “My Way” Uşaq Yaradıcılıq Mərkəzi ABŞ-da Azərbaycan mədəniyyətinin təbliği, gənclərin və yeniyetmə uşaqların bədii yaradıcılığının inkişafına yardım məqsədilə yaradılıb. Mərkəz Respublika Uşaq Yaradıcılıq Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və gələcək fəaliyyətində birgə layihələr həyata keçirmək üçün sərgiyə qoşulub.              


7 il əvvəl