• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbələr arasında futbol çempionatı

Fevralın 22-də ali və orta ixtisas təhsili müəssisələrinin  tələbələri arasında Futbol üzrə VII Respublika çempionatının açılış mərasimi keçirilib.

Təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov çempionatı açıq elan edərək komandalara uğurlar arzulayıb.

Nazir müavini qeyd edib ki, çempionatın keçirilməsində əsas məqsəd ölkəmizin ali  və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbolun kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir.

 Sonra veteran futbolçu, UEFA-nın hakim-inspektoru Asim Xudiyev 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Tələbə Futbol Federasiyasının təsis etdiyi mükafat ilə təltif edilib.

Daha sonra oyunlara start verilib. İlk oyun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Azərbaycan Tibb Universiteti komandaları arasında keçirilib. Topa ilk zərbəni veteran futbolçu İsgəndər Cavadov vurub.

Gərgin mübarizə şəraitində keçən oyun ADBTİA-nın qələbəsi ilə başa çatıb.

Çempionat  Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illərdə fəaliyyət planına əsasən,  ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilir.

Yarımqrup oyunlarının  4-ü  Bakı şəhərində,   ikisi isə regionlarda (Şirvan şəhər və Göygöl rayonunda) keçiriləcək.

FİFA-nın mövcud qaydaları əsasında keçiriləcək oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq.

Çempionat aprelin 22-də başa çatacaq.

Çempionatda I, II və III yerləri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futbolçular xüsusi mükafatlarla təltif olunacaq.


7 il əvvəl