• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

YUNİSEF-in nümayəndə heyəti ilə görüş

Təhsil Nazirliyində YUNİSEF-in nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, YUNİSEF-in ekspertləri iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov son dövrlərdə təhsil sahəsində aparılan islahatlardan və inklüziv təhsillə bağlı görülən işlərdən danışıb. Nazir müavini təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idman və bədən tərbiyəsinə marağın artırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib, bu sahədə YUNİSEF-lə Təhsil Nazirliyi arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

YUNİSEF-in beynəlxalq məsləhətçisi Kolin Hiqqs təhsil müəssisələrinin əlçatanlığı və inklüzivliyin qiymətləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, əlilliyi olan, xüsusilə əlil arabalarından istifadə edən uşaqlar üçün məktəbə getməkdə fiziki maneələrin aradan qaldırılmasına dair fikirlərini bildirib.

Görüşdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “TOPs-Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması“ layihəsinin nəticəsinin YUNİSEF tərəfindən qiymətləndirilməsi imkanları, eləcə də hər iki tərəfi maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


7 il əvvəl