• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Qış nağılı” tamaşa-konsert

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Uşaq Yaradıcılıq Mərkəzinin “Qış nağılı” adlı tamaşa-konserti keçirilib.

Tədbirdə mərkəzin bədii kollektivlərinin 300-ə yaxın dərnək üzvü iştirak edib.   “Çiçəyim” uşaq teatrının üzvləri nağıl qəhrəmanlarının obrazlarını əks etdirib,  “Azəri inciləri” rəqs kollektivinin  qrupları tərəfindən  isə rəqslər təqdim olunub.

Tədbirdə Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılıq sektorunun müdiri Ayla Həsənova, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Abdulqafur Böyükfırat və digər qonaqlar iştirak ediblər.

Tamaşa barədə xoş təəssüratlarını bölüşən qonaqlar kollektivə uğurlar arzulayıblar.

 


7 il əvvəl