• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qətər Dövlətinin təhsil və ali təhsil nazirinin Azərbaycana səfəri

Fevralın 20-də Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini Azərbaycana səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider  Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzülüb.

Qətərli nazir Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Həmin gün  Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini təhsil naziri Mikayıl Cabbarovla görüşüb. Görüşdə Mikayıl Cabbarovun 2016-cı ilin may ayında Qətər Dövlətinə səfərinin nəticələrinə toxunulub və iki dövlət arasında təhsil sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.  

Daha sonra  Qətər Dövlətinin təhsil və ali təhsil naziri Bakı Dövlət Universitetini ziyarət edərək, universitetin rektor və professor-müəllim heyəti, həmçinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb.

Bundan sonra  qətərli nazir “ADA” Universitetini ziyarət edib.

Hər iki universitetə ziyarət zamanı qonaqlara universitetlərin bu ali təhsil müəssisələrinin  fəaliyyəti  barədə ətraflı məlumat verilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

İki gün davam edəcək səfər çərçivəsində  nümayəndə heyətinin bir neçə ali təhsil müəssisəsinə ziyarətlərinin təşkil olunması da nəzərdə tutulub. 


7 il əvvəl