• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH Karyera Qış Məktəbində təlimlər başa çatıb

SABAH Karyera Akademiyası proqramı çərçivəsində Qubada keçirilən SABAH Karyera Qış Məktəbi layihəsi başa çatıb.

Layihənin həyata keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.

100-ə yaxın tələbənin iştirak  etdiyi təlimlərdə iştirakçılar şəxsi brendin yaradılması və onu inkişaf etdirməyin yolları, vaxtın düzgün qiymətləndirilməsi, karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə məlumatlar əldə ediblər. Təlimlərdə iş həyatına yeni başlamağa hazırlaşan gənclərə biznes plan, müasir bazarın tələbləri, tələb və təklifin qiymətləndirilməsi, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanıb, fərdin özünü tanıması, iş dünyasına hazırlanması və iş həyatında uğur əldə etməsi ilə bağlı istiqamətlər verilib. Həmçinin tələbələr “Code Da Vinci” məntiqi intellektual komanda quruculuğu oyunu əsasında yaradılmış, milli oyun brendi olan “Code Tusi” oyununda iştirak ediblər.

Maraqlı və gərgin keçən məntiqi intellektual oyunda cavabları ən tez tapan komandanın qaliblərinə “Code Tusi”nin medalları təqdim olunub.

İki gün davam edən təlimlərin sonunda təlimçilərə SABAH qrupları layihəsi tərəfindən təşəkkürnamələr, tələbələrə isə sertifikatlar verilib.

İlk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılan SABAH Karyera Akademiyası peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir.

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir.

Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində  740-dan artıq SABAH tələbəsi məzun olacaq.

 


7 il əvvəl