• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 12-də Azərbaycan Müəllimlər İnstitutunda «Təhsilin əsasları» fənninin tədrisi üzrə müəllimlərin cəlb olunduğu treninqlərin II mərhələsinin başa çatmasına dair dəyirmi masa keçirilib.

Tədbirdə təhsil nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun və onun filiallarının müəllimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru,  professor Aqiyə Naxçıvanlı hazırda üç ali məktəbdə tədris olunan «Təhsilin əsasları» fənninin tədrisi ilə əlaqədar məlumat verib və ali məktəblərdə bu fənni tədris edən müəllimlər üçün institutda təşkil olunan treninqlərdən danışıb.
Təhsil naziri Misir Mərdanov Azərbaycan Müəllimlər İnstitutunda «Təhsilin əsasları» fənninin tədrisi ilə əlaqədar keçirilən treninqlərin yüksək səviyyədə təşkilindən razı qaldığını qeyd edib və  bu fənnin tədrisinə ayrılan saatlar barədə fikirlərini bildirib. Müvafiq tədris vəsaitinin çapa hazırlanmasını məqbul hesab edən nazir AMİ-də «Təhsilin əsasları» fənninin tədrisinə dair yeni bir mərkəzin yaradılması təklifini irəli sürüb və bu işlərin həyata keçirilməsində maddi-texniki cəhətdən çətinlik olarsa, Təhsil Nazirliyi tərəfindən köməklik göstəriləcəyini vurğulayıb. Misir Mərdanov müəllimlər tərəfindən «Təhsilin əsasları» fənninin tədrisi metodikasına dair məqalələrin hazırlanıb «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını da tövsiyə edib.
Tədbirdə iştirak edən «Təhsilin əsasları» fənnini tədris edən müəllimlər müzakirə olunan məsələ ilə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, «Təhsilin əsasları» fənninin tədrisi əvvəlki dərs prosesindən xeyli fərqlidir. Belə ki, bu fənnin interaktiv tədrisində dərs prosesinin idarə edilməsi hər bir müəllimin özündən asılıdır.   
Sonda təhsil naziri Misir Mərdanov tərəfindən «Təhsilin əsasları» fənninin tədrisinə dair təşkil olunmuş təlim kurslarının II mərhələsini başa vurmuş müəllimlərə sertifikatlar təqdim olunub.


8 il əvvəl