• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müsabiqə qalibləri mükafatlandırılıb

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi ilə birlikdə keçirilən  “Təbiətin insanlara hədiyyəsi” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mərkəzin Təsviri Sənət Qalereyasının dərnək üzvləri tərəfindən çəkilmiş rəsmlərdə ilin fəsilləri əks olunub. Əsərlərin hazırlanmasında müxtəlif texnikalardan və təsvir materiallarından istifadə edilib.

Qaliblərin rəsm əsərlərindən ibarət təqvim hazırlanıb. İştirakçılar sertifikat və müxtəlif hədiyyələrlə təltif edilib.


7 il əvvəl