• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İdmançılarımız beynəlxalq turnirin qalibi olub

İtaliyanın Liqnano şəhərində cüdo idman növü üzrə ənənəvi "Alpe Adrea" beynəlxalq turnir keçirilib.

Azərbaycanın yığma komandasının da iştirak etdiyi bu turnirdə Avropanın müxtəlif ölkələrindən 1000–dən artıq cüdoçu mübarizə aparıb.

Gərgin mübarizə şəraitində iki gün davam edən turnirin nəticələrinə əsasən, Təhsil Nazirliyinin 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri yüksək nəticə qazanıblar. 55 və 81 kq çəki dərəcələrində Hacı Musayev, Naim Hüseynov I yeri tutaraq qızıl, 60 və 81 kq çəki dərəcələrində Tofiq Məmmədov və  Samir Məmmədov III yeri tutaraq bürünc medal qazanıblar.


7 il əvvəl