• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin akademiyasının açılışı olub

Fevralın 2-də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mərkəzi ofisində könüllülük fəaliyyətinə dair yeni qurulan akademiyanın açılış mərasimi olub.

Mərasimdə çıxış edən BŞH-nin İnsan resursları şöbəsinin və yeni təsis olunmuş akademiyanın rəhbəri İranə Əhmədova Bakı Şəhər Halqası akademiyasının açılmasında əsas məqsədin ölkəmizdə keçiriləcək Formula-1 yarışlarının təşkilatçılığında iştirak edəcək könüllülərin hazırlığının daha peşəkar səviyyədə reallaşdırmaq olduğunu bildirib. O, könüllülərin şəxsi inkişafının daim diqqət mərkəzində olduğunu qeyd edərək vurğulayıb ki, akademiyada hədəflərin müəyyən edilməsi, kommunikasiya bacarıqlarının artırılması, liderlik, layihələrin idarə edilməsi və başqa zəruri mövzularda təlimlər keçiriləcək.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, könüllülərin hazırlığı prosesinə cəlb olunan kadrların hamısı yerli mütəxəssislərdir.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, qarşıya qoyulan əsas məqsəd ölkənin gələcəyi üçün yüksək keyfiyyətlərə malik gənc nəsil hazırlamaqdır. Bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifəmizdir.

 

AZƏRTAC


7 il əvvəl