• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Olimpiya Hərəkatı” proqramı çərçivəsində yarışlara start verilib

Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində respublika birinciliyinin məktəbdaxili yarışlarına start verilib.

İlkin olaraq Bakı şəhəri üzrə yarışlarda iştirak etmək üçün idman zalı olmayan məktəblər seçilib. Bu məqsədlə 8 ümumtəhsil məktəbinin komandası 96234 nömrəli tam orta məktəblərdə məktəbdaxili yarış keçirib. Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonu üzrə idman zalı olmayan məktəblərin seçilməsi və yarışların keçirilməsi planlaşdırılır. 

Birinciliyin keçirilməsində əsas məqsəd məktəblilər arasında ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.


7 il əvvəl