• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elmin İnkişafı Fondu “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsini elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) bu qurumun Himayədarlar Şurası, Təhsil NazirliyiAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə razılaşdırmaqla və elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin səmərəliliyini nəzərə alaraq cari il məqsədli “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsini elan edib. Müsabiqə dekabrın 21-də keçirilmiş AMEA-nın ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasının Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində müəyyənləşdirilmiş məqsədlərinə də uyğundur.

Müsabiqənin məqsədi akademik və ali təhsil sistemindəki elmi-tədqiqat müəssisələrinin fəaliyyətini stimullaşdırmaq, müasir avadanlıqla təminatını təkmilləşdirmək, elmin ayrı-ayrı sahə və istiqamətlərinin davamlı inkişafını dəstəkləmək, kadr hazırlığını təmin etməkdir. Müsabiqə, həmçinin akademik və ali təhsil qurumlarını təmsil edən alimlərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivlərinin təqdim etdikləri fundamental və tətbiqi xarakterli layihələrə müxtəlif maliyyə həcmli qrantlar (hər layihə üçün 100 min manatadək) verilməsi yolu ilə keçirilir.

Akademik və təhsil müəssisələri EİF-in qrant müsabiqələrində kifayət qədər fəal iştirak edirlər. 2010-2015-ci illərdə fond tərəfindən təşkil edilmiş 26 müxtəlif xarakterli müsabiqənin nəticələrinin statistik analizi göstərir ki, 444 qalib qrant layihəsinin 272-sinin rəhbərləri akademik qurumları, 129-nun rəhbərləri isə 21 təhsil müəssisəsini (18 universitet, iki təhsil akademiyası, bir lisey) təmsil edirlər. Beləliklə, 444 layihə üzrə rəhbər və icraçıların 1234-ü akademik, 444-ü ali təhsil qurumlarına aiddir.

Müsabiqədə iştirak edən müvəqqəti yaradıcı kollektiv formalaşdırılarkən akademik və təhsil qurumlarında olan alimlərin sayında paritet gözlənilməli, ümumi say (rəhbərlər daxil olmaqla) səkkiz nəfərdən, layihələrin icra müddəti bir ildən artıq olmamalıdır. EİF müsabiqəyə təqdim olunan layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək.

Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il yanvarın 5-dən fevralın 28-i saat 17.00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin birinci yarısında açıqlanması planlaşdırılır.

Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı “e-QRANT” - Qrant layihələrinin Elektron İdarəolunması Sistemi vasitəsilə də təqdim edilə bilər. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN-İmza”dan istifadəni nəzərdə tutur. Müsabiqənin keçirilməsi qaydaları ilə http://sdf.gov.az saytında tanış olmaq mümkündür. Sənədlərin qəbulu üçün nəzərdə tutulan müddətdə qrant iddiaçılarına kömək məqsədilə səyyar seminarların keçirilməsi planlaşdırılır.


7 il əvvəl