26.12.2016

Bayram münasibətilə baxış sərgi

Dekabrın 25-də Təhsil Nazirliyinin Respublika Uşaq Yaradıcılıq Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  tədbir keçirib.

Təhsil Nazirliyi əməkdaşlarının, Şuşa və Xətai  Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirak etdiyi tədbirdə mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət baxış sərgisi nümayiş olunub. Əl işləri yolka ağacına və qış fəsli üzrə nağıl personajlarına aid olub.

Sonra “Təbəssüm” Uşaq Musiqili Teatrı çıxış edib, nağaraçılar qrupunun ifası, milli və dünya xalqlarının rəqsləri qonaqların rəğbəti ilə qarşılanıb.

Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək xoş arzularını bildirib.

 


Açar sözlər: ,