“Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Müsabiqədə 30 nominasiya üzrə 81 məktəbdənkənar təhsil müəssisəsi, ümumtəhsil və internat məktəbi iştirak edib. Ümumilikdə müsabiqədə 455 iş sərgilənib.
Münsiflər heyətinin qərarı ilə 22 nəfər I yerə, 17 nəfər II yerə, 11 nəfər isə III yerə layiq görülüb.
Müsabiqənin keçirilməsində məqsəd istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə cəlb olunmasıdır.
7 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10