• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun hesabat tədbiri keçirilib

Dekabrın 24-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) illik hesabat tədbiri keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, millət vəkilləri, təhsil ekspertləri iştirak edib. 

Tədbir TİPİİ-nin son bir ildə fəaliyyətindən bəhs edən tanıtım videosu ilə başlayıb. Sonra institutun direktor əvəzi Vəfa Yaqublunun hesabat nitqi dinlənilib. 

Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək TİPİİ-də son bir ildə görülmüş işləri müsbət qiymətləndirib və diqqəti növbəti təqvim ili üçün qarşıda duran vəzifələrə yönəldib. 

Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər üçün hazırlanmış elektron metodik tövsiyə tədbir iştirakçılarına təqdim edilib.

İl ərzində müəllimlərin peşəkar dəstəyinə töhfə vermiş təcrübəli mütəxəssis  Fəridə Əliyeva TİPİİ adından Fəxri fərmanla təltif edilib.

Sonda “Peşəyə giriş” seminarının müdavimləri ilə  xatirə şəkli çəkilib.
 


7 il əvvəl