• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəblinin dostu” seçilmiş gənclər fəaliyyətə başlayıblar

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsi üzrə seçilmiş şəxslər fəaliyyətə başlayıblar. Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən layihə üçün 110 nəfər seçilib.

Hər məktəbdə ən azı 3 nəfər olmaqla fəaliyyət göstərən “Məktəblinin dostu” layihə çərçivəsində müəyyən edilmiş məktəblərdə müəllim və şagird kollektivinə təqdim olunub. Onlar fəaliyyətə başladıqları ilk gündən interaktiv olaraq şagirdlərin təlim-tərbiyəsi və intellektual inkişafının təmin edilməsi istiqamətində tədbir və yarışlar keçirmək təşəbbüsü ilə çıxış ediblər.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində seçilmiş namizədlərə bir ay ərzində Təhsil Nazirliyinin əməkdaşları tərəfindən təhsilin idarəedilməsi, təhsil haqqında mövcud qanunvericilik barədə məlumat verilib. Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları, eləcə də psixoloqlar tərəfindən namizədlərə fövqəladə hallarda davranış qaydaları, fərdi mühafizə vasitələrinin istifadəsi, təcili tibbi yardım xidməti hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması və müdaxilənin edilməsi, psixoloji dəstək göstərilməsi ilə bağlı təlim keçirilib.

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasını əhatə edir. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcəklər.

Layihənin  əhatə dairəsinin gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.


7 il əvvəl