• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

AMEA ilə Təhsil Nazirliyinin birgə tədbiri

Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti  Akif Əlizadə açıb. AMEA rəhbəri "Elm və təhsil: problemlər və perspektivlər" adlı məruzə ilə çıxış edib. Akademik bildirib ki, son illər Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Artıq  AMEA-nın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanıb.

Akademik Akif Əlizadə qeyd edib ki, elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır. SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçdiklərini xüsusi qeyd edən Akif Əlizadə akademiyanın elmi müəssisələrində təhsil şöbələrinin formalaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

AMEA-nın prezidenti  ölkəmizdə elm və təhsilin inteqrasiyası sahəsində həyata keçirilməsi zəruri hesab edilən vəzifələrin həlli üçün sistemli fəaliyyətin tələb olunduğunu bildirib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov "Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyası" mövzusunda məruzə ilə çıxış edib. Nazir bildirib ki, ölkəmizdə elm və təhsil sahəsinə cavabdeh olan Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin rəhbərliyi səviyyəsində keçirilən bugünkü birgə tədbir xüsusi əhəmiyyətə malikdir.

Tədbirin elm və təhsilin ölkəmizin davamlı inkişafındakı rolundan, bu sahədə aparılan islahatlardan, mövcud problemlərdən və problemlərin həll yollarından danışmaq imkanı yaratdığını deyən nazir  aparılacaq müzakirələrin və qəbul olunacaq qərarların elm və təhsil sahəsində ölkədaxili və beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsini, inteqrasiyasının təmin edilməsini təşviq edəcəyini nəzərə çatdırıb.

Sonra təhsil naziri qeyd edib ki, bu gün Azərbaycan təhsili və elmi qarşısında duran əsas vəzifə - təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır. Ölkəmizin təhsil müəssisələri də məhz bu vəzifənin yerinə yetirilməsinə xidmət edərək, gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə, yeni texnologiyalardan istifadə etməsinə və xarici dillərin öyrənməsinə geniş imkanlar yaratmalıdırlar.

Təhsil naziri həmçinin, universitetlərin nəzdində texnoparkların, startap məktəblərinin və biznes inkubatorlarının yaradılmasına başlanıldığını, bütün bunların alimlərin elmi fəaliyyətlərinin inkişafına xidmət etdiyini deyib.

Təhsil naziri  tədqiqat universitetlərinin yaradılmasının müasir dövrün ali təhsil müəssisələri qarşısına qoyduğu yeni tələblərlə bağlı olduğunu vurğulayıb. Keyfiyyətli təhsil olmadan yüksək elmi yeniliklərə də nail olmaq olmaz. Təhsil sistemi elmi yeniliklərə, yeni elmi kəşflərə açıq olmalıdır.

Daha sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdən sonra elmi sessiyanın qərarı qəbul edilib.

Elmi sessiyada AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, akademik, millət vəkili Əhliman Əmiraslanov, AMEA-nın akademik-katibi Rasim Əliquliyev,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı,  AMEA-nın Molekulyar Biologiya və  Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru  Ədalət Muradov çıxış ediblər.

 


7 il əvvəl