• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH müəllimlərinə sertifikatlar verilib

SABAH qruplarının müəllimlərinə Paris-Sorbon Əbu Dabi Universitetinin sertifikatlarının təqdim olunması mərasimi keçirilib.

Tədbirdə Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə və müəllimlər iştirak edib.

Bildirilib ki, SABAH-ın 15 müəllimi cari ilin avqust ayında təcrübə mübadiləsi məqsədilə Fransada səfərdə olub,  digər 43 müəllim isə sentyabr ayında Bakıda keçirilən təlimdə iştirak edib.

Paris-Sorbon Əbu Dabi Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının əməkdaşlığı çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi layihə iştirakçılarına təhsildə keyfiyyətin artırılması naminə müasir qiymətləndirmə metodlarına dair geniş məlumat vermək və təcrübə mübadiləsi aparmaqdır.

Layihəyə Fransa Respublikasının Azərbaycandakı səfirliyi rəsmi dəstək göstərir.


7 il əvvəl