16.12.2016

Bakı Slavyan Universitetinin 70 illik yubileyi qeyd olunub

Dekabrın 16-da Bakı Slavyan Universitetinin 70 illik yubileyi qeyd olunub.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Universitetin akt zalında davam etdirilən tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, millət vəkilləri, Türkiyə, Rusiya, Ukrayna, Bolqarıstan, Belarus, Çexiya və digər ölkələrdən qonaqlar iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov BSU-nun Azərbaycanda yüksək ixtisaslı kadr hazırlığında rolunu, ölkəmizin beynəlxalq səviyyədə təhsil əlaqələrinin inkişafında əhəmiyyətli fəaliyyətini diqqətə çatdırıb.

BSU-nun rektoru Nurlana Əliyeva universitetin keçdiyi tarixi yoldan, bu ali məktəbin gənc nəslin təlim-tərbiyəsindəki rolundan danışıb.

Çıxış edənlər universitetin kollektivini təbrik edib, onlara gələcək təhsil fəaliyyətində uğurlar arzu ediblər.

Sonra təhsil naziri universitetin ölkə prezidentinin sərəncamı ilə təltif edilən əməkdaşlarına yüksək dövlət mükafatlarını təqdim edib.

Tədbirin yekununda universitetin fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunub.


Açar sözlər: ,  ,  ,