• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 10-da təhsil naziri Misir Mərdanov Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin rektoru Baturoy Mixail Pavloviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Pastkeviç də iştirak edib.
Təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq Azərbaycanla Belarus arasında təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində atılan addımlardan danışıb və bu əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib.
Səfir Nikolay Pastkeviç səmimi qəbul üçün Misir Mərdanova minnətdarlığını bildirib və görüşdə iştirak edən qonaqları nazirə təqdim edib.
Sonra Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin rektoru Baturoy Mixail Pavloviç rəhbərlik etdiyi təhsil ocağı, burada tətbiq olunan yeniliklər və gələcək planlar barədə geniş məlumat verib. Rektor, eyni zamanda təhsil naziri Misir Mərdanovun Belarus təhsil sistemi ilə bağlı bir sıra suallarına aydınlıq gətirib.
 Azərbaycanla Belarus arasında təhsil sahəsindəki mövcud əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunan təhsil naziri Misir Mərdanov azərbaycanlı gənclərin Belarus universitetləri barədə ətraflı məlumata malik olmaları məqsədilə gələcəkdə ölkəmizdə müvafiq təhsil sərgisinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər haqqında qonaqlara məlumat verib, azərbaycanlı gənclərin Belarus ali təhsil müəssisələrində təhsil almalarının önəminə diqqət çəkib.                                                                                             
Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf istiqamətləri, kadr hazırlığı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


8 il əvvəl