İlk peşə-ixtisas təhsili ilə bağlı təlim keçirilib
5 nömrəli Bakı Peşə Liseyində Şotlandiyanın “Scottish Qualifications Authority” (SQA) təşkilatının kənd təsərrüfatı üzrə eksperti Yan Pers tərəfindən ilk peşə-ixtisas təhsilində modulların hazırlanması ilə bağlı təlim keçirilib.
Təlim “British Council” təşkilatının, BP və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əmək bazarının tələblərinə cavab vermək məqsədilə bu ilin sentyabr ayından başlayan “Kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması” pilot layihəsi çərçivəsində təşkil edilib.
Qeyd edək ki, layihə çərçivəsində “Heyvandarlıq mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi” və “Aqroservis mütəxəssisi” ixtisasları üçün ümumilikdə 12 modulun hazırlanması nəzərdə tutulub.
Təlimdə Qəbələ Peşə Məktəbinin müəllimləri, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Bakı şəhərindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri, Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti və modulların hazırlanması üzrə ixtisaslaşmış şəxslər də iştirak ediblər.
7 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30