• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçiriləcək

15-16 dekabr 2016-cı il tarixlərində “Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçiriləcək.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Rusiya Vençur Şirkəti”nin  təşəbbüsü ilə təşkil olunan seminarlar “ADA” UniversitetiAzərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.

Tədbirin keçirilməsində əsas məqsəd innovativ ekosistemin qurulmasına və yüksək texnologiyalar sahəsində sahibkarlığın inkişafına töhfə verməkdir.

Seminarda iştirakı planlaşdırılan ali təhsil müəssisələrinin müəllim və yuxarı kurs tələbələri innovativ sahibkarlıq fəaliyyəti üzrə lazımi bilik və bacarıqlar əldə edəcəklər. Həmçinin keçiriləcək intensiv təlimlər zamanı startap sahibkarlara biznes ideyalarının kommersiyalaşdırılması, potensial investorlara isə sərmayələri üçün perspektivli sahələri təyin etmələri məqsədilə təkliflər veriləcəkdir.

2008-ci ildən Rusiya Federasiyasında keçirilən bu seminarların ölkəmizdə ilk dəfə olaraq təşkili planlaşdırılır. Bu günə qədər keçirilmiş eyniadlı 160 tədbirdə 11000 nəfər iştirak edib. Seminarlarda innovativ sahibkarlıq fəaliyyəti üçün vacib olan bilik və praktiki bacarıqlar əldə edilib.

Seminarda iştirak və daha ətraflı məlumat üçün vkhanlarov@tsii.edu.az elektron poçt ünvanına müraciət etmək olar.


7 il əvvəl