• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 11-dən 29-dək ABŞ Dövlət Departamenti tərəfindən “ABŞ-da universitetlərin idarə olunması” mövzusunda təşkil olunmuş Xarici Qonaqlar Liderlik Proqramında Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ali məktəblərin nümayəndələri iştirak ediblər.

Xarici Qonaqlar Liderlik Proqramında Azərbaycanı Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin Əlavə təhsil sektorunun müdiri Zöhrab Kəlbəliyev, İqtisadiyyat şöbəsinin Plan-maliyyə sektorunun müdiri Vüqar Əsgərov, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru Dünyamin Yunusov, Bakı Slavyan Universitetinin Türkiyə Araşdırmalar Mərkəzinin müdiri Aygül Hacıyeva və Azərbaycan Diplomatik Akademiyasının Tələbələrə xidmət şöbəsinin əlaqələndiricisi Rəna Rzayeva təmsil ediblər.
Səfər müddətində iştirakçılar ABŞ-ın Vaşinqton şəhərində, Merilənd, Alabama, Kaliforniya, Kanzas və Missuri ştatlarında olub, təhsil departamentlərində ali təhsillə bağı fəaliyyət göstərən bir sıra dövlət qurumları və qeyri-hökümət assosiasiyalarında, ABŞ-ın 12 kollec və universitetlərində təşkil olunmuş 30-dan çox görüşlərə qatılıblar. Bu müddətdə iştirakçılar ali təhsilin strukturu, idarəedilməsi, maliyyələşdirilməsi, müəllim heyəti və tələbələr qarşısında duran məsələlər haqqında məlumatlar əldə ediblər. Bununla yanaşı, proqram iştirakçıları ABŞ-da kollec və universitetlərin akkreditasiya sistemi, ali təhsil siyasətinin təbliğində qeyri-hökümət təşkilatları və peşəkar assosiasiyaların rolu barədə məruzələr dinləyib və müzakirələr aparıblar.
Səfər müddətində iştirakçılar həmçinin Vaşinqton, Montqomeri, San-Fransisko və Nyu-York şəhərlərinin tarixi və mədəni abidələri, parkları və muzeyləri ilə tanış olublar.
Səfərin sonunda iştirakçılara ABŞ Dövlət Departamentinin Təhsil və mədəniyyət məsələləri bürosunun xarici qonaqlar idarəsi tərəfindən müvafiq sertifikatlar təqdim edilib.


8 il əvvəl