• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 3-də Bakının Nəsimi rayonundakı 1 saylı orta məktəbdə “Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr” mövzusunda müşavirə keçirilib.

Müşavirədə TQDK-nın, Təhsil Nazirliyinin nümayəndələri və məktəb direktorları iştirak edib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə əlaqədar respublikanın bütün bölgələrində belə müşavirələr keçirib. Misir Mərdanov onu da qeyd edib ki, müşavirənin əsas qayəsi Azərbaycanda təhsilin səviyyəsinin daha da yüksəldilməsinə təkan verməkdən ibarətdir.
"Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr" mövzusunda təqdimat edən TQDK-nın sədri Məleykə Abbaszadə bildirib ki, rəhbərlik etdiyi qurum hər il ali və orta ixtisas məktəblərinə ərizə verən abituriyentlər və onların qubul göstəriciləri barədə ölkə ictimaiyyətinə məlumatlar verir. İlk dəfə 2008-2009-cu tədris ilinin yekunlarında respublikanın bütün bölgələrində XI siniflər üzrə mərkəzləşmiş qaydada keçirilən buraxılış imtahanlarının nəticələrindən bəhs edən M.Abbaszadə attestat alan məzunlardan 20 faizinin ali və orta ixtisas məktəblərinə sənəd vermədiyini diqqətə çatdırıb, qabiliyyət imtahanları tələb olunan ali məktəblər və digər məsələlər barədə fikirlərini bildirib.
Müşavirədə ali məktəblərin reytinq göstəricilərindən söz açan TQDK-nın sədri qəbul zamanı imtahan fənləri  üzrə  yüksək nəticə  göstərən təhsil müəssisələrinin adlarını çəkib və  abituriyentlərin topladıqları ballara görə  Bakı məktəblərinin  yaxşı nəticə qazandığını vurğulayıb.
Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov bildirib ki, 2008-2009-cu tədris ilində ali və orta ixtisas   məktəblərinə qəbul olanların 45 faizi Bakı şəhər məktəblərinin payına düşür. Bakı şəhər məktəblərinin məzunlarının  ali məktəblərə qəbul zamanı topladıqları orta balın 400-dən yuxarı olduğunu söyləyən M.Bayramov respublikamızın ən sanballı  ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında və xarici ölkələrin nüfuzlu ali məktəblərində oxuyan tələbələrin sayının əvvəlki illərlə müqayisədə xeyli artığını qeyd edib.
Ali və orta ixtisas məktəblərinə qəbul zamanı Sumqayıt məktəblərinin məzunlarının da  yüksək nəticələr göstərdiyini  vurğulayan Məhəmməd Bayramov qəbul imtahanlarında bəzi variantlarda  verilmiş  test suallarının çətin olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonda Təhsil Nazirliyi ilə TQDK-nın səmərəli əməkdaşlığını xüsusi qeyd edən təhsil naziri Misir Mərdanov bundan sonra da belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb, cari tədris ilində təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışıb.


8 il əvvəl