• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Cüdo üzrə açıq respublika birinciliyi başa çatıb

Sumqayıt şəhər Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının  dövlət  müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş 13-15 yaşlı yeniyetmələr arasında cüdo üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) açıq respublika birinciliyi keçirilib.

Birinciliyin keçirilməsində əsas məqsəd mərkəzin yeniyetmələrdən ibarət yığma komandalarını formalaşdırmaq, perspektivli idmançıları aşkar etmək, bu idman növünə uşaqların marağını artırmaqdan ibarət olub.

Birincilikdə ümumilikdə idman məktəbləri, klub və cəmiyyətlərdən 32 komanda olmaqla 300-ə yaxın idmançı mübarizə aparıb.

“Təhsil” RİM və Azərbaycan Cüdo Fedarasiyasının birgə təşkilatçılığı ilə keçirilən respublika birinciliyini beynəlxalq və respublika dərəcəli hakimlər heyəti idarə edib.

Birinciliyin nəticələrinə əsasən şəxsi yarışlarda medalların sayına görə I yerə 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları İdman Mərkəzi  (İOEUGİM), II yerə “Təhsil” RİM-in Sumqayıt filialı, III yerə isə “Təhsil” RİM-in Gəncə filialı layiq görülüb.

Komandaların mübarizəsində isə I yeri 13 saylı İOEUGİM-nin komandası, II yeri “Təhsil” RİM-in Sumqayıt filialının komandası, III yerləri isə 11 saylı Uşaq Gənclər İdman Mərkəzinin və “Azəri” cüdo klubunun komandaları tutub.

Qaliblər “Təhsil” RİM-in kubok, medal və diplomları ilə təltif edilib.


7 il əvvəl