• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Yaşıl gələcək naminə" adlı foto müsabiqə

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən 10-15 yaşlı uşaqlar arasında foto müsabiqə keçirilib.

"Yaşıl gələcək naminə" adlı foto müsabiqə 25 məktəbi əhatə edib. Foto müsabiqədə I yerə Məhəmməd İslamov, II yerə Bəyim Hüseynzadə, III yerə isə Fərid Əliyev layiq görülüblər.

Müsabiqədə fərqlənən 25 fotonun müəllifi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

Qaliblər Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri  Malena Mard tərəfindən təltif olunublar.

Müsabiqə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı tərəfdaşlığın 25 ili münasibətilə təşkil edilib.


7 il əvvəl