• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH II Tələbə Debat Forumuna yekun vuruldu

Noyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “SABAH II Tələbə Debat Forumu”nun final oyunu keçirilib.

İkinci ildir ki, keçirilən debatlar SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətlərinin genişlənməsi məqsədilə təşkil olunub.

Forumda iştirak edən 15 komanda 3 qrup oyunu keçirib. Final mərhələsinə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Creativ buddies” və “Enigma” komandaları vəsiqə qazanıblar. Bu komandalar “İnkişaf etməkdə olan ölkələr üçün proteksionizm siyasətinin tətbiqi sahibkarlığın inkişafında özünü doğruldur” mövzusunda biliklərini sınayıblar. Oyunun nəticələrinə əsasən “Creativ buddies” komandası qalib gəlib.

Forumun ən yaxşı natiqləri adına Leyla Hacıyeva (ADİU), Fuad Əliyev (BDU),Fatimə Fəttah-Pur (ADİU), Fərhad Ağayev (ADİU), Səidə Tahirova (BDU), Xəyalə Kazımova (BDU), Sevinc Şeydayeva (BDU), Hüseyn Hüseynov (ADU), Zülfiyyə Novruzova (BDU), Gülgün Abdullayeva (BDU) layiq görülüblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədov, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev çıxış edərək debatların insanın şəxsi inkişafında, natiqlik mədəniyyətinin formalaşmasında, qarşı tərəfin fikrinə hörmətlə yanaşmasında mühüm rol oynadığını bildiriblər.

Sonda qaliblərə medal, kubok və sertifikatlar təqdim edilib.

Qeyd edək ki, SABAH II Tələbə Debat Forumu Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşəbbüsü və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin Milli Debat Proqramı çərçivəsində həyata keçirilib.


7 il əvvəl