• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş konfrans iştirakçılarına təbrik məktubu ünvanlayıb

Rusiyanın Ufa şəhərində akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş konfrans keçirilməkdədir.

Konfrans iştirakçılarına təhsil naziri Mikayıl Cabbarovun adından ünvanlanan təbrik məktubunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı səsləndirib. 

Noyabrın 18-də konfransın işinə yekun vurulacaqdır. 

Azad Mirzəcanzadə 1989-1990-cı illərdə Ufa Neft İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb.

İndiki Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, professor R.Baxtizin  görkəmli azərbaycanlı alimin tələbəsi və həmkarı olub.

 

Təbrik məktubu


7 il əvvəl