• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələri ilə görüş

Startaplar üzrə tanınmış mütəxəssis Tal Katran Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında təhsil alan tələbələrlə  görüşüb.

Görüş SABAH tələbələrinin tədrisdənkənar inkişafına şərait yaratmaq məqsədilə keçirilən “Açıq dərs”lər çərçivəsində təşkil edilib. 

Tədbirdə startapların effektivliyi, gənclərin bu sahəyə marağının artırılması, startapların yaradılması və fəaliyyəti, motivasiya mövzusunda tələbələrlə interaktiv müzakirə aparılıb.

Tal Katran informasiya texnologiyaları sahəsində yaradılmış və inkişaf etdirilmiş startaplar haqqında məlumat verib, tələbələrin suallarını cavablandırıb.


7 il əvvəl