• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri startaplar üzrə tanınmış ekspertlə görüşüb

Noyabrın 1-də təhsil naziri Mikayıl Cabbarov startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katranı qəbul edib.

Görüşdə startap mühitinin yaradılması və inkişafı məsələləri, eləcə də bu prosesdə təhsil müəssisələrinin rolu barədə müzakirələr aparılıb.

Görüşdən sonra israilli ekspert tərəfindən Təhsil Nazirliyinin əməkdaşları üçün təlim təşkil edilib. 


7 il əvvəl