• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş baxış-müsabiqəsi

Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi yeni baxış-müsabiqəsinə start verib. 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən ümumi təhsil, məktəbdənkənar təhsil müəssisələrinin 11–17 yaşlı uşaq və gəncləri iştirak edir. 

Müsabiqənin keçirilməsində məqsəd Nizami Gəncəvinin yaradıcılığından bəhrələnməklə incəsənətin müxtəlif sahələri ilə gənc nəsli tanış etmək, onlarda klassik irsə məhəbbət hissi oyatmaq, “Xəmsə”nin süjetləri əsasında təsviri və tətbiqi sənət bacarıqları olan gənc istedadları üzə çıxarmaqdır. Həmçinin Nizami Gəncəvinin poemalarına musiqi yazmış Azərbaycan bəstəkarlarını tanıtmaq, xalq mahnılarının təbliğ olunmasını və ifaçılıq qabiliyyətini inkişaf etdirməkdən ibarətdir.

Müsabiqəyə təqdim olunan incəsənət nümunələrinin qiymətləndirilməsi Bakı və Gəncə şəhərlərində Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Rəssamlar İttifaqının tanınmış mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılacaq.   

Müsabiqədə iştirak etmək üçün Bakı şəhəri üzrə 80 ümumi təhsil müəssisəsi, 16 lisey və gimnaziya, 3 internat məktəbi və 3 yaradıcılıq mərkəzi elektron müraciət edib.

Respublika İncəsənət Gimnaziyasında keçirilən ilk baxışda münsiflər heyəti tərəfindən bədii qiraət üzrə 129, ifaçılıq üzrə 42 nömrə qiymətləndirilib.

Gəncə şəhərində bədii qiraət və musiqi üzrə müsabiqəyə baxış noyabr ayında keçiriləcək.

Təsviri və tətbiqi sənət əsərlərinin qiymətləndirilməsinin 25-30 noyabr 2016-cı il tarixlərində Təsviri Sənət Qalereyasında keçirilməsi nəzərdə tutulub.


7 il əvvəl