• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı Musiqi Akademiyasında İtaliya və Azərbaycan musiqiçilərinin konserti

Oktyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) İtaliya və Azərbaycan musiqiçilərinin konserti  keçirilib.

Konsert Bakı Musiqi Akademiyası, İtaliyanın Espressione D`Arte Assosiasiyası və Luigi Çerubini  Konservatoriyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində reallaşıb.

İtaliya və Azərbaycan musiqi mədəniyyəti və təhsilinin mübadiləsinə əsaslanan layihənin məqsədi konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafına yönəlib.

Konsertdə solistlər - Pierluigi Ruggiero (cello), Leonardo De Lisi (tenor), Daria Neçayeva (violin), Giuseppe Sturaçe (tenor) və Azərbaycanın xalq artisti Yeganə Axundova (piano) çıxış ediblər.

İtaliyadan gələn professorlar BMA-nın tələbələri ilə, Luigi Çerubini Konservatoriyasının tələbələri isə BMA-nın professorları ilə ustad dərsləri keçiblər.

Proqramda Azərbaycan, İtaliya və Avropa bəstəkarlarının əsərləri səslənib.

BMA nümayəndələrinin mübadilə proqramı çərçivəsində İtaliyaya səfəri isə 1-5 noyabr 2016-cı il tarixlərində baş tutacaq.

Səfər çərçivəsində respublikanın xalq artistləri, BMA-nın professorları Yeganə Axundova və Zəhra Quliyeva Luigi Çerubini  Konservatoriyasının professorları ilə birgə ustad dərsləri keçəcəklər.  Həmçinin, noyabrın 2-də Roma şəhərində, noyabrın 4-də isə Florensiya şəhərində Azərbaycan və İtaliya musiqiçilərinin birgə konserti nəzərdə tutulur.


7 il əvvəl