• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı Musiqi Akademiyasında İtaliya və Azərbaycan musiqiçiləri konsert verəcək

Oktyabrın 27-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) konsert keçiriləcək. Konsert Bakı Musiqi Akademiyası, İtaliyanın Espressione D`Arte Assosiasiyası və Luigi Cherubini Konservatoriyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində reallaşacaq.

İtaliya və Azərbaycan musiqi mədəniyyəti və təhsilinin mübadiləsinə əsaslanan layihənin məqsədi tələbə və müəllimlərin mübadilə proqramı və konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafına yönəlib.

Konsertdə solistlər - Pierluigi Ruggiero (cello), Leonardo De Lisi (tenor), Daria Neçayeva (violin), Giuseppe Sturaçe (tenor) və Azərbaycanın Xalq Artisti, professor Yeganə Axundova (piano) çıxış edəcəklər.

İtaliyadan gələn professorlar BMA-nın tələbələri ilə, Luigi Çerubini Konservatoriyasının tələbələri isə BMA-nın professorları ilə ustad dərsləri keçiblər.

Proqramda Azərbaycan, İtaliya və Avropa bəstəkarlarının əsərləri səslənəcəkdir. 

BMA nümayəndəliyinin mübadilə çərçivəsində İtaliyaya qarşılıqlı səfəri isə 1-5 noyabr tarixlərində baş tutacaq.


7 il əvvəl