• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər Şahmat məktəbləri komandalarının final yarışları başa çatıb. Xaçmaz Olimpiya Kompleksində keçirilən final mərhələsi üzrə zona yarışlarında I, II və III yerləri tutmuş komandalar mübarizə aparıb.

Yarışın nəticəsinə əsasən, I yeri Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi (İOEUGŞM), II yeri “Təhsil” Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi (RİOEUGŞM), III yeri isə Gəncə şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin (UGŞM) komandaları tutub.

Birinciliyin keçirilməsində əsas məqsəd Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən şahmat məktəblərinin perspektivli şahmatçılarını aşkar etmək və mərkəzin yığma komandasını formalaşdırmaqdır.          

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin  kubok və diplomları ilə təltif edilib.


7 il əvvəl