• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilər arasında intellektual oyun keçirilib

Masallı rayonundakı “ASAN İntellektual” inkişaf mərkəzində məktəblilər arasında "Ən zəif bənd" intellektual oyunu keçirilib.

İntellekt oyun Təhsil Nazirliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və  Masallı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə baş tutub.

Yarışın keçirilməsində əsas məqsəd gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması, şagirdlərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır.

Yarışın seçim turları Masallı rayonunun 5 ümumtəhsil məktəbində və  "Dəfinə" məktəb-liseyində keçirilib. Seçim turlarında hər məktəbdən 20 şagird arasından 2 nəfər seçilməklə ümumilikdə 10 məktəbli oyuna vəsiqə qazanıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunun nəticəsinə əsasən “Dəfinə” məktəb-liseyinin 11-ci sinif şagirdi Rafael Əliyev qalib gəlib.


7 il əvvəl