20.10.2016

Stolüstü tennis üzrə Azərbaycan Kuboku qazanılıb

Gənclər və yeniyetmə idmançılar  arasında stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlar başa çatıb.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan  Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışlarda 1999-2002-ci il və daha kiçik təvəllüdlü məktəblilər iştirak edib. Şəxsi-komanda xarakteri daşıyan yarışlarda respublika üzrə 130-a yaxın idmançı iştirak edib.

Gərgin mübarizə şəraitində keçən yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmə və gənclərdən ibarət yığma komandaları komanda birinciliyində müvafiq olaraq Azərbaycan Kubokunun sahibi olublar.

Qalib idmançılara diplom, kubok və mükafatlar təqdim olunub.


Açar sözlər: ,