• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İbtidai sinif müəllimləri üçün TOPs təlimləri keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə “TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində ümumtəhsil məktəblərində təlimlərə start verilib.

Layihənin əsas məqsədi fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılması, fiziki tərbiyə sahəsində innovativ tədris üsulunun yaradılmasıdır.

Layihə çərçivəsində ilk təlimlər Bakı şəhəri 95 və 238 nömrəli tam orta məktəblərdə keçirilib. Bakı və Sumqayıt şəhərlərinin 72 ümumi təhsil müəssisəsindən 150 nəfər ibtidai sinif müəllimi ayrı-ayrı qruplarda mərhələlərlə TOPs metodologiyası üzrə 3 günlük praktiki təlimlərə cəlb olunub.

Təlimlər zamanı ibtidai siniflərdə fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib. Eləcə də ibtidai siniflərdə fiziki tərbiyə dərslərinin effektli tədris edilməsi üçün TOP Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilib.

 “İnkişaf Naminə İdman” İctimai Birliyinin TOPs üzrə ixtisaslaşmış mütəxəssisləri tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə edilib.


7 il əvvəl