• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elektron dərsliklər Frankfurt kitab sərgisində nümayiş etdirilir

Almaniyanın Frankfurt şəhərində təşkil edilən dünyanın ən böyük kitab sərgisində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanan elektron dərsliklər nümayiş olunur.

Oktyabrın 19-dan start verilən sərgidə müxtəlif sahələri əhatə edən minlərlə nəşriyyat, ali təhsil müəssisələri, beynəlxalq təşkilatlar, elektron təhsil şirkətləri və digər qurumlar iştirak edir.

Sərgi iştirakçıları arasında təhsil sahəsində dünyada aparıcı mövqeyə malik “Elsevier”, “EBSCO”, “Cambridge University Press”, “Springer” kimi beynəlxalq təşkilatlar, BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlar da yer alıb.

Təhsil Nazirliyi tərəfindən nümayiş etdirilən elektron dərslik portalı dərsliklərə əlçatımlılıq, istifadənin asanlığı, interaktivlik və zənginləşdirilmiş məzmun baxımından iştirakçıların marağını cəlb edib.

Hazırda Təhsil Nazirliyinin elektron dərslik platformasında (www.e-derslik.edu.az) 150-dən artıq dərslik yerləşdirilib. Bu dərsliklərdən istifadə sayı 500000-dən daha artıq olub. 

Sərgi oktyabrın 25-dək davam edəcək.


7 il əvvəl